AZ

Dirsək zərbə alanda "cərəyan" his edirsən? - Səbəb bu imiş

İnsan bədəni mürəkkəb və həssas olduğu üçün müxtəlif hissələrin zərbələrə reaksiyası fərqlidir. Bəzi sahələr zərbələrə daha davamlı olsa da, bəziləri bir yerə dəydikdə, kəskin və dözülməz ağrıya səbəb ola bilər.

Teleqraf.com xəbər verir ki, "McGill" Universitetinin Nevrologiya departamentinin araşdırmasına görə, sinir uclarının cəmləşdiyi bölgələrdə travma ani və şiddətli ağrılara səbəb olur. Kiçik barmaq, burun, dirsək zərbəsi zaman hiss etdiyimiz kəskin ağrı bir çox insanın yaşadığı və unuda bilməyəcəyi bir hissdir. Bunun əsas səbəbi ayaq barmaqlarında çoxlu sinir uclarının olmasıdır. Sinir uclarının sıxlığı zərbə anında beyinə çox sürətli və sıx bir siqnal göndərir. Ona görə də biz ağrıları daha çox hiss edirik.
Səthə daha yaxın olan sinirlər travmaya daha çox reaksiya verir və şiddətli ağrıya səbəb olur. Dirsəyinizi çırpdığınız zaman hiss etdiyiniz qəribə və şiddətli ağrının mənbəyi ulnar sinir sıxışmasıdır. Bu sinir səthə çox yaxındır, dirsək arxasındadır. Dirsək nahiyəsinə vurulduqda sinir stimullaşdırılır və elektrik cərəyanının yaratdığı kəskin şok hissi yaranır.
Diz qapağı əsasən, sümükdən ibarətdir və qoruyucu yastıq rolunu oynayan çox az yumşaq toxumaya malikdir. Vurulduqda, diz qapağındakı sümük birbaşa zərbəni udur və güclü ağrıya səbəb olur. Xüsusilə sinirlər səthə yaxın olduğundan bu ağrı daha da güclü hiss olunur.


Müəllif: Şəbnəm Zahir
Seçilən
18
1
teleqraf.com

2Mənbələr