AZ

Səbinə Əliyeva: İnsanların iqlim dəyişikliklərinin hüquqi təsirləri barədə məlumatlı olması çox önəmlidir

Yazını böyüt
Yazını kiçilt

İqlim dəyişikliyi qlobal problem olduğuna görə milli və beynəlxalq səviyyədə əməkdaşlığın inkişaf etdirilməsi, insanların iqlim dəyişikliklərinin hüquqi, sosial və iqtisadi təsirləri barədə məlumatlılıq səviyyəsinin yüksəldilməsi çox önəmlidir.

Hafta.az xəbər verir ki, bu sözləri Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva COP29 çərçivəsində noyabrın 14-də keçirilən “İnsan hüquqlarına əsaslanan iqlim ədaləti: milli insan hüquqları institutlarının rolu” mövzusunda tədbirdə söyləyib.

O, eyni zamanda, Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə sahəsinə xüsusi önəm verdiyini bildirərək deyib: “İqlim dəyişikliyi ilə mübarizə sahəsində həyata keçirilən kompleks tədbirlərin və beynəlxalq arenada durmadan artan nüfuzunun nəticəsidir ki, bu gün müstəqil Azərbaycan Respublikası COP29 kimi qlobal əhəmiyyətə malik mötəbər bir tədbirə ev sahibliyi edir”.

Seçilən
13
hafta.az

1Mənbələr