AZ

Azərbaycan Sement İstehsalçıları Assosiasiyasının Xalis Sıfır Yol Xəritəsi COP29-da təqdim olundu (FOTO)

Bakı. Trend:

Azərbaycan Sement İstehsalçıları Assosiasiyası ölkənin sement vəbeton sektorunun Xalis Sıfır Yol Xəritəsini BMT-nin İqlimDəyişmələri üzrə konfransı - COP29 Azərbaycanda təqdim etdi.Bununla da, assosiasiyanın üzvləri inşaat sektorunda karbonemissiyalarının azaldılmasını sürətləndirmək cəhdlərini qlobalarenada da nümayiş etdirdilər.

Layihənin təqdimatında Azərbaycan Sement İstehsalçılarıAssosiasiyasının direktoru İsrail Asəliyev, Qlobal Sement və BetonAssosiasiyasının (GCCA) CEO-su Tomas Giyo, VDZ Elmi-Tədqiqatİnstitunun CEO-su və Avropa Sement Tədqiqatları Akademiyasınınnümayəndəsi Martin Şnayder, PMD Projects şirkətinin CEO-su NərimanTopçibaşov spiker qismində çıxış etdilər.

İsrail Asəliyev tədbirin açılış nitqini etdi və qeyd etdi ki,Azərbaycanın sement sənayesi təkcə yerli deyil, qlobal səviyyədə dəlider sənayelərdən biri hesab oluna bilər. “Bu sənaye yaşılistehsal prinsiplərinin və beynəlxalq standartların tətbiqinə təkcəbu tədbir ərəfəsində deyil, çox illər əvvəldən başlayıb.Tullantılardan xammal kimi istifadəsinə görə sement sənayesidünyada birinci yerdədir. Ümumiyyətlə, tullantılardan xammal kimi,eləcə də, alternativ yanacaq kimi istifadə asan görünə bilər, lakinbu proseslər kifayət qədər qəlizdir və bəzən istehsalçılardan əlavəinvestisiyalar qoymaq tələb edə bilər. Bütün addımları nəzərəalsaq, COP29-da iştirakımız və xəritənin təqdimatı təbiidir.”

Tomas Giyo Qlobal Sement və Beton Assosiasiyası haqda məlumatverərək, qeyd etdi ki, sement və beton sənayesində dayanıqlıinkişaf təşəbbüslərini dəstəkləmək üçün yaradılan qurumun ilkgündən etibarən, gündəliyində sement sənayesinin xalis sıfıremissiyalarla bağlı proqramları dayanır: “Dayanıqlı inkişafgündəliyi olan bütün sement və beton şirkətləri assosiasiyanınüzvüdürlər və bu gün də, məhz Azərbaycanın sement sənayesininüzvlərinin dayanıqlı inkişafla bağlı gündəliyini müzakirəedirik.”

Avropa Sement Tədqiqatı Akademiyasından Martin Şnayder XalisSıfır Yol xəritəsinin təqdimatında əhəmiyyətli məqamları vurğuladı:“Bu xəritədə bütün dəyər zəncirinə baxdıq və emissiyaların bütündəyər zənciri boyunca azaldılmasını nəzərdə tutduq. Bu günAzərbaycanın 4 sement istehsalçısının hər birinin müasir zavodumövcuddur. Bu zavodlarda karbon emissiyalarının 2030-ci ilə qədərazaldılması və 2050-ci ildə isə xalis sıfır emissiyaya nail olmaqhədəflənir. Bu hədəfə nail olmaq üçün rıçaqlar alternativyanacaqdan istifadə, klinker faktorunun azaldılması, inşaatdizaynının optimallaşdırılması və innovasiyası, həmçinin karbonuntutulması, utilizasiyası və saxlanılmasıdir.”

İnşaat materiallarının son istehlakçısı tikinti sektorudur. “Bizinşaat materialları istehsalçıları ilə bir neçə gündür ki,emissiyaların azaldılmasını müzakirə edirik. Lakin bu tədbir birdaha göstərir ki, emissiyaların azaldılması bütün sonistehlakçılardan, yəni hər birimizdən asılıdır”, - NərimanTopçibaşov öz çıxışında qeyd edib.

Spikerlərin çıxışlarından sonra panel müzakirələri baş tutdu,sement şirkətlərinin CEO-ları assosiasiyanın missiyası ətrafındabir araya gəldiklərindən danışdılar və karbon emissiyalarınınazaldılması ilə bağlı sualları cavablandırdılar.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Məqalədə:
Seçilən
0
10
az.trend.az

10Mənbələr