AZ

“McDonald’s”da epidemiya yayılır: Yoluxanların sayı 104-ə çatıb

“McDonald’s”ın “Quarter Pounder” burgerləri ilə əlaqəli bağırsaq çöpü (“E.coli”) bakteriyasının şiddətli epidemiyası ABŞ-nin 14 ştatına yayılıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə ABŞ Qida və Dərman İdarəsi (FDA) və Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) məlumat yayıb.

Səlahiyyətlilər, yoluxma sayının 104-ə çatdığını bldiriblər. Hazırda xəstəxanaya yerləşdirilən xəstələrin sayı 22-yə yüksəlib.

CDC oktyabrın 23-də bu bakteriya səbəbiylə xəstələnən 49 nəfərdən birinin öldüyünü açıqlayıb.

Açıqlamada hamburgerlərdə istifadə edilən mal ətindən hazırlanan küftə və soğanın tərkibində E.coli bakteriyası ola biləcəyi, lakin bunun dəqiq olmadığı, "McDonald's"ın bəzi ştatlarda bu hamburgerlərin satışını və şübhəli maddələrin istifadəsini dayandırdığı bildirilib.

Bundan əlavə, CDC-nin məlumatına görə, “E.coli” bakteriyası ABŞ-də ildə təxminən 70 min infeksiyaya səbəb olur və bu səbəbdən hər il 2 mindən çox insan müalicə olunur.

“E.coli” bakteriyasının tam adı Escherichia colidir və insanı çox narahat edə biləcək simptomlara səbəb olur. Bu simptomlar daxildir: qusma, nəcisdə qan, mədə krampları, ishal. Ona görə də bu bakteriyalarla mübarizədə tualet gigiyenası çox vacibdir.

“E.coli” necə keçir?

“E.coli” bakteriyalarını evinizdən uzaq tutmağın ilk yolu bu bakteriyaların necə ötürüldüyünü anlamaqdır. 

Bunun üç əsas yolu var:

Qida ilə çirklənmə: “E.coli” bakteriyası mal və quzu da daxil olmaqla müxtəlif ətlərdə tapıla bilər. Bakteriyalar kəsim zamanı heyvanların mədə və bağırsaqlarından ətə keçə bilər. Heyvan fermalarından çirklənmiş su tarlalara çatarsa, mikrob kənd təsərrüfatı məhsullarını da çirkləndirə bilər. Yaşıl yarpaqlı tərəvəzlər “E.coli” üçün xüsusi risk daşıyır.

Sudan çirklənmə: “E.coli” bakteriyası düzgün təmizlənməmiş içməli su ilə asanlıqla ötürülə bilər.

Bakteriyaları daşıyan şəxslə təmas: 

“E.coli” şəxsi və ev gigiyenasının kifayət qədər olmadığı hallarda, xüsusən də tualetlərdə insandan insana keçə bilər.

“E.coli” bakteriyasının nədir və necə ötürülür suallarını cavablandırdıq. Bəs evimizi bu bakteriyalardan necə qoruyaq?

“E.coli”nin ötürülməsinin qarşısını almaq üçün aşağıdakı hallarda əllərinizi yuyun:

“E.coli”nin müalicəsi 

Ümumi sağlamlıq problemi olsa da, “E.coli” infeksiyasının hazırda müalicəsi yoxdur. “E.coli” müalicəsi zamanı edilməsi lazım olan, orqanizmin susuzlaşması və tükənməsinin qarşısını almaq üçün xəstənin istirahət etməsi və bol maye qəbul etməsidir. 

Seçilən
19
cebheinfo.az

1Mənbələr