AZ

Azərbaycan neft sənayesində 2024 və 2025-ci illər üçün Hasilat Göstəriciləri – EIA

ABŞ Energetika Nazirliyinin Energetika İnformasiyası Administrasiyası (EIA) 2024-2025-ci illər üçün Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatına dair proqnozunu açıqlayıb.

Fins.az EIA-nın aylıq hesabatına istinadən verdiyi məlumata görə, bu il Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 600 min barel olması gözlənilir. Bu proqnoz əvvəlki göstəricilərlə müqayisədə dəyişməyib.

EIA-nın proqnozuna əsasən, 2025-ci ildə Azərbaycanda gündəlik neft hasilatı ortalama 630 min barel təşkil edəcək. Bu rəqəm əvvəlki proqnozdan (640 min barel) aşağı salınıb.

Ötən il Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 620 min barel səviyyəsində olub. 2022-ci ildə bu göstərici gündəlik 670 min barel, 2021-ci ildə isə 720 min barel təşkil edib.

Qeyd etmək lazımdır ki, 2019-cu ildə Azərbaycanda gündəlik neft hasilatı 780 min barel, 2020-ci ildə isə 700 min barel olub.

Fuad Mədətov
Fins.az

Seçilən
1
3
fins.az

4Mənbələr