AZ

Sülhə nail olmaq üçün bu şəkildə çalışacağıq - Rubio

Güclü mövqedən sülhə nail olmaq üçün çalışmaq və ABŞ-ın maraqlarını hər şeydən üstün tutmaq niyyətindəyəm.

Hurriyyet.az xəbər verir ki, bunu Donald Tramp tərəfindən ABŞ dövlət katibi vəzifəsinə namizədliyi irəli sürülən Marko Rubio X hesabında deyib.

“ABŞ Dövlət Departamentinə rəhbərlik etmək böyük məsuliyyətdir və Prezident Trampın mənə göstərdiyi etimaddan qürur duyuram. Dövlət katibi kimi onun xarici siyasət proqramını həyata keçirmək üçün hər gün çalışacağam. Prezident Trampın rəhbərliyi altında sülhü güc mövqeyindən davam etdirəcəyik və həmişə amerikalıların, Amerikanın maraqlarını birinci yerə qoyacağıq”, - o bildirib./axar.az/

Seçilən
7
1
hurriyyet.az

2Mənbələr