AZ

Rusiya onları geri qaytarmağı düşünür

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, xarici avtomobil istehsalçıları Rusiya bazarına qayıdanda yerli şirkətlərin və avtomobil həvəskarlarının maraqları dövlət üçün prioritet olacaq.

Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Kreml nümayəndəsinin sözlərinə görə, söhbət bir tərəfdən istehlakçıların daha az pul müqabilində daha keyfiyyətli mal almasının vacib olduğu, digər tərəfdən isə dövlətin unutmamağa borclu olduğu incə balansdan gedir.

Yapon və Avropa avtomobillərinin Rusiya bazarına qaytarılması perspektivlərindən danışan Peskov, sanksiyalar tətbiq edən ölkələrin lazım gələrsə, öz maraqlarından çıxış edərək, bu məhdudiyyətləri siyahıdan çıxarmaq üçün lisenziyalar verdiklərinə diqqət çəkib. Eyni zamanda, o qeyd edib ki, Aİ-dən hələlik müvafiq bəyanatlar daxil olmayıb.

Seçilən
23
publika.az

1Mənbələr