AZ

"Neftçi"nin yetirməsi "Xankəndi" klubuna keçib

"Neftçi" klubunun yetirməsi olan Ziya Məmmədli karyerasını Region Liqasında mübarizə aparacaq "Xankəndi"də davam etdirəcək.

Apasport.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

O, 12 yaşından 19 yaşınadək "Neftçi"nin aşağı yaş qruplarında, əvəzedici heyətində çıxış edib və bu müddət ərzində dörd dəfə Azərbaycan çempionu olub.

Qeyd edək ki, Azərbaycanın U-17 və U-19 yığmalarında da forma geyinmiş 22 yaşlı yarımmüdafiəçi "Araz-Naxçıvan" və "İmişli" klublarının da şərəfini qoruyub.

Fatih Terim Bakıya gəlir

AFFA prezidenti Ronaldinyo ilə görüşüb

Ronaldinyoya Qarabağ xalçası hədiyyə edilib - VİDEO

“Liverpul” “Qarabağ”ın dəvətini qəbul edib

Ramin Quliyev: "Azərbaycan millisi üçün qələbə qazanmağın vaxtıdır"

Seçilən
1
9
apasport.az

10Mənbələr