“Rabitəbank” ASC, Kartmane və Partnyorlarla iş şöbəsinə Baş mütəxəssis/ekspert vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:
Vəzifə öhdəlikləri:
- Banka cash back və Taksit layihələri üzrə Partnyorların cəlb olunması;
- Bazar araşdırması aparmaq, Potensial partnyorlarla görüşləri təşkil etmək, təqdimatlar keçirmək və birbaşa satış prosesini həyata keçirmək;
- Kart və partnyor bazarını araşdırmaq, rəqib banklar, yeni məhsullar haqqında məlumatları toplamaq və uyğun yeni təkliflər vermək;
- Bankın məhsul və xidmətlərini özünə əks etdirən reklam materiallarının mövcud partnyorlar arasında təbliğatını təmin etmək;
- Mövcud məhsul xidmət şərtlərinin bazara uyğunluğunu ölçmək, partnyorlarla və müştərilərlə sorğunun keçirilməsi və tələbata uyğun olaraq yeni kampaniyaların keçirilməsi ilə bağlı təkliflər vermək;
- Cash back və Taksit partnyorlarının Bank qarşısında yaranmış borcların monitorinqi prosesinə nəzarət;
- Yaranmış borclara uyğun invoice-lərin hazırlanması və Partnyorlara təqdim olunması prosesinə nəzarət;
- İmzalanmış invoice-lara uyğun elektron qaimənin göndərilməsini təmin edilməsi prosesinə nəzarət;
- İnvoce-lərə uyğun Partnyorlara hesabdan çıxarışın göndərilməsi prosesinə nəzarət;
- Partnyorların mobil tətbiqinə əlavə olunması prosesinə nəzarət;
- Şöbə rəisi, Departament direktoru müavini və Departament direktoruna hesabatları təqdim etmək.
Tələblər:
- Ali təhsilin olması;
- Qarşıya qoyulan məqsədlərə çata bilmə qabiliyyəti;
- Yüksək kommunikasiya, təqdimetmə və yazılı ünsiyyət qabiliyyəti;
- Müvafiq sahədə və ya satış strukturlarında iş stajı;
- Yaradıcılıq və təşəbbüskarlıq qabiliyyəti;
- Azərbaycan dilini səlis, ingilis və/və ya rus dillərini orta səviyyədə bilmək;
- MS Word, Excel, Power Point proqramlarında yüksək səviyyədə işləmə bacarığı.
Ətraflı məlumat üçün linkə daxil ola bilərsiniz.
Zemfira Ms
Fins.az