AZ

COP29-da əmək bazarının gələcəyi müzakirə edilib

 

COP29 konfransı çərçivəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) pavilyonunda "Qlobal Əmək Bazarı Dayanıqlılıq İndeksi - 2024"ün təqdimatına həsr olunmuş yüksək səviyyəli müzakirə keçirilib.

Missiya.Az xəbər verir ki, müzakirənin əsas mövzusu yaxın gələcəkdə əmək bazarının üzləşəcəyi çağırışlar olub.

"Gələcək peşələrin 80%-dən 85%-ə qədəri hələ mövcud deyil. Bugünkü təhsilin problemi odur ki, biz gənclərimizə gələcəkdə köhnələ biləcək bilikləri öyrədirik", - ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik qeyd edib.

Onun sözlərinə görə, “yaşıl iqtisadiyyat” sabahın problemlərinin həlli yollarından biridir: "Buna görə də əsas diqqət uşaqların "yaşıl təhsil”lə təmin olunmasına, onun dəyərlərinin və üstünlüklərinin təşviqinə yönəldilməlidir".

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əmək Mərkəzinin baş direktoru Azər Bayramov vurğulayıb ki, kiçik və orta müəssisələrə gələcək peşələrlə bağlı daha çox bacarıq təlimi lazımdır, ölkələr isə gənclərin və qadınların, xüsusilə iqlim dəyişikliyi ilə mübarizə ilə bağlı sahələrdə yeni peşələrə keçidini asanlaşdıran siyasət həyata keçirməlidirlər.

Britaniya şirkəti “Whiteshield”in baş tərəfdaşı Fadi Farrar hesab edir ki, əmək bazarı investisiya, innovasiya və təhsil strategiyalarını birləşdirən milli siyasətlə tənzimlənməlidir.

Seçilən
25
1
missiya.az

2Mənbələr