AZ

"Biz məşqçimizdən və məşqçimiz də bizdən razıdır" - Türkiyə millisindən gedir?

Türkiyə Futbol Federasiyası millinin baş məşqçisi Vinçenzo Montellanın “Roma”ya keçəcəyi ilə bağlı iddialara münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, bu barədə TFF-nin vitse-prezidenti Ceyhun Kazancı açıqlama verib:

“Belə bir klubun öz əfsanəsinə təklif etməsi təbiidir. Bizə gələn heç bir rəsmi təklif yoxdur.

Rəsmi bir vəziyyət olarsa, qiymətləndiriləcək. Biz məşqçimizdən və məşqçimiz də bizdən razıdır.

Məncə, məşqçimizin o istiqamətə meyli olmayacaq. “Roma” söhbətimizin mövzusu deyil”.

Seçilən
10
sportinfo.az

1Mənbələr