AZ

Gözlənilən təyinat baş tutdu

“Roma” yeni baş məşqçisinin adını ictimaiyyətə açıqladı.

Futbolpress.az xəbər verir ki, Klaudio Ranyeri mövsümün sonuna qədər paytaxt təmsilçisini çalışdıracaq. Qocaman mütəxəssis mövsümün sonunda rəhbər vəzifəyə keçəcək və burada klub sahibinin bütün idman məsələləri üzrə məsləhətçisi olacaq. Növbəti aylarda yeni məşqçi axtarışları davam edəcək. Ranyeri şəxsən özü bu işlə məşğul olacaq.

Qeyd edək ki, 73 yaşlı baş məşqçi bundan əvvəl “Roma” klubunda iki dəfə baş məşqçi kimi çalışıb – 2009-2011 və 2019-cu illərdə.

Seçilən
18
futbolpress.az

1Mənbələr