AZ

Avrozonada ÜDM artımı proqnozlara uyğun gəlib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avrozonada dövri üçüncü rüb artımı proqnozlara uyğun olaraq 0,4 faiz hesablanıb.

Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) Avropa İttifaqı (Aİ) və Avrozonanın üçüncü rüb üzrə ÜDM-in aparıcı məlumatlarını açıqlayıb.

Məlumatlara görə, Avrozonada mövsümi təsirlərdən kənarlaşdırılmış ÜDM 2024-cü ilin üçüncü rübündə əvvəlki rüblə müqayisədə 0,4 faiz artıb. 

Avrozonada ÜDM üçüncü rübdə ötən ilin eyni dövrü ilə müqayisədə isə 0,9 faiz artıb.

Aİ-də ÜDM ilin üçüncü rübündə rüblük əsasda 0,3 faiz, illik müqayisədə isə 1 faiz artıb.

ÜDM əvvəlki rüblə müqayisədə üçüncü rübdə Almaniyada 0,2 faiz, Fransada 0,4 faiz, İspaniyada 0,8 faiz artsa da, İtaliyada sabit qalıb. Almaniyada ÜDM ötən ilin eyni dövrü ilə müqayisədə üçüncü rübdə 0,2 faiz azaldığı halda, Fransada 1,3 faiz, İtaliyada 0,4 faiz, İspaniyada isə 3,4 faiz artıb.

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
16
banco.az

1Mənbələr