1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
İqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində Böyük Britaniyanın ticarət siyasəti və iqtisadi təhlükəsizlik naziri Duqlas Aleksandr və xəzinədarlıq nazirinin maliyyə katibi Lord Spenser Eliot Livermorla görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, qarşılıqlı strateji iqtisadi münasibətlərin intensiv inkişafından məmnunluq ifadə edilib. Böyük Britaniya ilə ticarət, investisiya və digər sahələr üzrə tərəfdaşlığın genişləndirilməsi üçün geniş potensialın olduğu qeyd edilib.
Görüşdə ölkəmizdə keçirilən COP29 çərçivəsində irəli sürülən əsas təşəbbüslər barədə məlumat verilib. Azərbaycanın qlobal təşəbbüslərə töhfələri və həyata keçirilən "yaşıl" layihələr yüksək qiymətləndirilib.
Tərəflər iqtisadi münasibətlərin inkişafı, qarşılıqlı biznes və ticarət əlaqələrinin dərinləşdirilməsi ilə bağlı müzakirələr aparıblar.