AZ

Ağadadaş Ağayevlə bağlı QƏRAR VERİLDİ

Xalq artisti Ağadadaş Ağayevin ölkədən çıxışına müvəqqəti qadağa qoyulub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Bakı Kommersiya Məhkəməsində hakim Kənan Hüseynovun sədrliyi ilə keçirilən iclasda qərar verilib.

Qərara əsasən, Dövlət Vergi Xidmətinin (DVX) Bakı şəhəri üzrə Lokal Gəlirlər Baş İdarəsinin iddiası təmin edilib və müğənninin Azərbaycandan çıxışına müvəqqəti qadağa qoyulub. Yalnız vergi borcları ödəndikdən sonra DVX həmin qadağanı aradan qaldıra bilər.

Qeyd edək ki, bir neçə gün əvvəl Ağadadaş Ağayevin ölkədən çıxışına qadağa qoyulması üçün barəsində Bakı Kommersiya Məhkəməsində iddia qaldırılması ilə bağlı xəbər verilmişdi. Belə ki, müğənniyə məxsus "Ağadadaş" MMC-nin dövlət büdcəsi və fondlara borcu yaranıb. Sənətçi bu borcları vaxtında ödəmədiyi üçün Dövlət Vergi Xidmətinin Bakı şəhəri üzrə Lokal Gəlirlər Baş İdarəsi onun ölkədən çıxışına qadağa qoyulması haqqında Bakı Kommersiya Məhkəməsində iddia qaldırıb.

***

Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Binəqədi Rayon Məhkəməsinin hakimi Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə Xalq artisti təqsirləndirilən şəxs qismində iştirak edib.

Hakim tərəflərin hüquq və vəzifələrini onlara xatırladıb. Xalq artisti ifadə verərək qanunun aliliyinə inandığını deyərək mübahisənin qanun çərçivəsində qiymətləndirilməsini xahiş edib. Qarşı tərəfin vəkilləri vəsatət qaldıraraq Xalq artistinin həbsini tələb ediblər.

Məhkəmə vəsatətləri təmin etməyib. Cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul edilib. Məhkəmənin növbəti iclası noyabrın 28-nı təyin olunub.

Qeyd edək ki, müğənni ilə mühafizəçinin hər ikisinə yekun olaraq Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq - 221.3-cü (silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə yekun ittiham elan edilib. Onlar bu maddə ilə təqsirli bilindikləri halda 2 ildən 5 ilə kimi azadlıqdan məhrum edilə bilərlər.

Xatırladaq ki, hospitalın əməkdaşı Nəzakət Paşayeva zərərçəkən şəxs qismində tanınıb.

Seçilən
38
20
operativmm.az

10Mənbələr