AZ

ABŞ dövlət katibi vəzifəsinə namizəd sülhə nail olmaq strategiyasını açıqlayıb

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın dövlət katibi vəzifəsinə namizədi Marko Rubio sülh üçün güclü mövqedən çalışacağına və Birləşmiş Ştatların maraqlarını hər şeydən üstün tutacağına söz verib.

NOCOMMENT.az xəbər verir ki, o, müvafiq nəşri “X” sosial şəbəkəsindəki səhifəsində yerləşdirib.

“Prezident Trampın rəhbərliyi altında biz güc vasitəsilə sülhə nail olacağıq və həmişə amerikalıların və Amerikanın maraqlarını birinci yerə qoyacağıq” deyə dövlət katibi vəzifəsinə namizəd Rubio yazıb.

O, həmçinin Trampa etimada görə təşəkkür edib və seçilmiş prezidentin xarici siyasət proqramını həyata keçirmək üçün hər gün çalışacağına söz verib.

Seçilən
3
1
nocomment.az

2Mənbələr