Avropada ümumi qənaət şəraitinin əkinsə olaraq, Avropa İttifaqı strukturlarında çalışanların maaşları yenidən artacaq. Bu il 7,2% artım gözlənilir ki, bu da Avropa Komissiyasının sədri Ursula fon der Leyen və onun həmkarlarına fayda verəcək.
Qaynarinfo xəbər verir ki, bu, 2022-ci ilin əvvəlindən bəri avrookratlar üçün altıncı maaş artımıdır.
Aİ qeyd edir ki, maaşların artması inflyasiya, Brüssel və Lüksemburqda yaşayış xərclərinin artması ilə bağlıdır. Belə ki, bu ilin yanvar ayından etibarən Aİ qurumlarının 40 min əməkdaşı artıq 3% artım alıb. Yeni artım rəsmi olaraq dekabrda elan ediləcək. Bu, 2024-cü ilin ilin iyulundan olan dövrə aiddir - yəni əmək haqqı geriyə hesablanacaq.
Sıravi işçinin minimum əsas əmək haqqı ayda 3361 avrodan 3603 avroya, maksimum isə 23959 avrodan 25685 avroya yüksələcək. Eyni zamanda, Ursula fon der Leyen əvvəlki 32 101 avro əvəzinə 34 412 avro alacaq, Avropa komissarlarının maaşı 26 169 avrodan 28 053 avroya yüksələcək.
Aİ maaşları artırmaq üçün əlavə 16,6 milyon avro xərcləməyi planlaşdırır, xərcləri digər büdcə maddələrində ixtisarlarla ödəməyi planlaşdırır.
Aydın