AZ

Robot rəssamın əsəri 1 milyon dollara satılıb

İlk dəfə olaraq insanabənzər robotun yaratdığı sənət əsəri hərracda satılıb. Ultra realist robot rəssam Ai-Da tərəfindən riyaziyyatçı Alan Turinqin portreti Sotheby's-də 1,08 milyon dollara satılıb. Bu məbləğ 180 min dollar təşkil edən ilkin gözləntilərdən altı dəfə çox olub.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə Hi-Tech yazır.

Ai-Da, tarixdə ilk kompüter proqramçısı olan Ada Lavleysin adını daşıyan dünyanın ilk ultra-real robot rəssamıdır. Robot müasir incəsənət üzrə mütəxəssis Aydan Mellerin təşəbbüsü, Oksford və Birmingem alimləri ilə birgə yaradılmışdır. Ai-Da süni intellektdən təkcə əsərlər yaratmaq üçün deyil, həm də ünsiyyət qurmaq, öz komandası ilə müzakirələrdən gələn sorğu və ideyaları təhlil etmək üçün istifadə edir.

…“God AI” portreti simvolik bir əsərə çevrildi. Ai-Da süni intellektin gələcəyi ilə bağlı xəbərdarlıqlarını xatırlatmaq üçün İkinci Dünya Müharibəsi zamanı hesablama və kriptoanalizin qabaqcıllarından biri olan Alan Turinqin obrazını seçib.

Yaradıcılar vurğuladılar ki, portretdəki səssiz tonlar və bulanıq üz cizgiləri süni intellektə nəzarət etməyə çalışarkən dünyanın qarşılaşacağı çətinlikləri simvollaşdırır.

…Ən böyük sənətkarlar həmişə öz dövrlərinin çətinliklərini əks etdiriblər. Ai-Da texnoloji əsrimizin mükəmməl nümayəndəsidir, çünki o, özü də qabaqcıl texnologiyanın məhsuludur.

Bunu Aydan Meller bildirib.

Qeyd edilməlidir ki, Ai-Da müasir incəsənət dünyasında maraq və mübahisə yaradan texnologiya və incəsənətin birləşməsinin simvoluna çevrildi.

Sotheby's portretin satışını tarixi hadisə adlandıraraq, süni intellektin sənət bazarına artan təsirini vurğulayır.

…Bu əməliyyat müasir incəsənətdə süni intellekt texnologiyalarına artan diqqəti əks etdirən mühüm mərhələni qeyd edir.

Bunu hərrac evi bildirib.

Təqdimatda Ai-Da qeyd edib ki, onun işi etika və süni intellektin gündəlik həyata daxil edilməsinin nəticələri haqqında dialoq üçün katalizator rolunu oynamaəı nəzərdə tutub.

…Türinqin portreti bizə texnologiyanın ilahi təbiətini xatırladır, bizi gələcək və onun inkişafının nəticələri haqqında düşünməyə vadar edir, - robot rəssam əlavə edib.

Nazlı Almuradova

Seçilən
21
sia.az

1Mənbələr