AZ

"Ford" tarixinin ikinci ən böyük cəriməsini aldı

"Ford Motor", ABŞ Milli Yol Trafik Təhlükəsizliyi Administrasiyası ("NHTSA") ilə əldə etdiyi razılaşmaya əsasən, geri çağırma tələblərinə əməl etmədiyi üçün 165 milyon dollar cərimə ödəməyi qəbul edib.

Valyuta.az-ın məlumatına əsasən "NHTSA"nın açıqlamasında bildirilib ki, "Ford Motor" arxa görüntü kameraları nasaz olan avtomobilləri vaxtında geri çağırmayıb və müvafiq qanunun tələb etdiyi kimi məlumat təqdim etməyib.

Açıqlamada şirkətlə razılığa gəlindiyi və "Ford Motor"un qəbul etdiyi 165 milyon dollar məbləğindəki cərimənin qurum tarixində ən yüksək ikinci cərimə olduğu vurğulanıb.

Razılaşmaya əsasən, "Ford"un 65 milyon dollar ilkin ödəniş edəcəyi, performans öhdəlikləri üçün 45 milyon dollar xərcləyəcəyi və 55 milyon dolların isə təxirə salındığı qeyd olunub.

Açıqlamada əlavə olaraq bildirilib ki, "NHTSA" "Ford"dan geri çağırma qərarlarını vermə prosesini nəzərdən keçirməyi və tələb olunan dəyişiklikləri həyata keçirməyi tələb edib. Şirkətdən geri çağırma qərarlarının icra sürətini artırması da istənilib.

"Ford"un 2020-ci ildə arxa kamera problemi səbəbindən 600 mindən çox avtomobili geri çağırmasından sonra "NHTSA", 2021-ci ilin yayında şirkətin bu prosesləri vaxtında həyata keçirib-keçirmədiyini müəyyən etmək üçün araşdırmaya başlamışdı.

"NHTSA" "Ford"un yanlış və ya natamam məlumat verdiyini, digər geri çağırmalar üçün vaxtında hesabat təqdim etmədiyini və avtomobillərin geri çağırılması məlumatlarının ictimaiyyətə açıq olması qaydasına tam əməl etmədiyini iddia edib. "Ford" isə "NHTSA"nın qiymətləndirməsi ilə razılaşmadığını bildirmişdi.

Rəhim

Seçilən
13
valyuta.az

1Mənbələr