AZ

Xəzər dənizində aşkar edilmiş ölü suitilərin sayı mini ötüb

2024-cü il oktyabrın 24-dən noyabrın 13-dək Xəzər dənizinin Manqistau vilayətində sahillərində 1034 ölü suiti aşkar edilib.

SIA Qazaxıstan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə istinadla xəbər verir ki, Balıqçılıq Komitəsinin mütəxəssisləri bunun səbəbinin təbii hadisələr, o cümlədən sualtı zəlzələlər nəticəsində atmosferə buraxılan qaz emissiyaları ola biləcəyini ehtimal edirlər.

Suitilərin ölüm səbəbləri ilə bağlı yekun nəticələr, elmi təşkilatların fikrincə, 3-4 ay çəkəcək laboratoriya tədqiqatları başa çatdıqdan sonra əldə olunacaq.

Bundan əvvəl bildirilib ki, sahilyanı monitorinqlər zamanı yüzlərlə ölü heyvan aşkar edilib.

Xəzər dənizində suitilərin kütləvi tələfi 2000-ci illərin əvvəllərindən qeydə alınıb. 2000-ci ildə 10 minə yaxın ölü suiti aşkar edilib, onların ölümünün səbəbi xroniki toksikoz olduğu müəyyən edildi.

Xəzər suitisi endemikdir və Xəzər dənizinin faunasında məməlilərin yeganə nümayəndəsidir. Onun əsas qidası balıqdır. Mövsümi miqrasiya ilə xarakterizə olunur: qışda dənizin şimal hissəsində cəmləşir, istilərin başlaması ilə isə Orta və Cənubi Xəzər dənizinə miqrasiya edir.

Seçilən
2
6
sia.az

9Mənbələr