AZ

Britaniya Parlamentində Azərbaycanda siyasi məhbuslar müzakirə olunub

Noyabrın 14-də Britaniya Parlamentinin İcmalar Palatasında  “Akademik Azadlıq və Azərbaycanın Enerji Sənayesində Korrupsiya”  mövzusunda dinləmələr keçirilib. Qlobal Şahid (Global Witness) təşkilatının Qlobal Maqnitski Ədalət Kampaniyası ilə əməkdaşlıq şəraitində keçirilən tədbirə  Britaniya Parlamentinin üzvü,  parlamentdə partiyalararası Korrupsiyaya Qarşı Mübarizə Qrupunun sədri Joe Powell moderatorluq edib.

Tədbirdə  Qlobal Magnitsky Ədalət Kampaniyasının rəhbəri Ser William Browder, Doktor Qubad İbadoğlunun qızı, hüquq müdafiəçisi Jalə Bayramova, London İqtisad Məktəbinin (LSE) professoru Tomila Lankina və Global Witness təşkilatının baş təşviqatçısı Mai Rosner çıxış ediblər.

 Natiqlər  Azərbaycanın COP29-a ev sahibliyi kimi  rolu ilə fərqli səslərə qarşı repressiyaları arasında narahatlıq doğuran əlaqəni müzakirə ediblər. Tədbir iştirakçıları  çıxışlarında mədən yanacaq sənayesindəki korrupsiyanı ifşa etdiyinə görə 2023-cü ilin iyul ayından Azərbaycanda həbs edilən və hazırda polis nəzarəti ilə girov  saxlanılan hörmətli azərbaycanlı iqtisadçısı, siyasi fəalı və LSE-nin müəllimi doktor Qubad İbadoğluya azadlıq tələb edib.

Tədbir iştirakçıları Azərbaycanda artan repesiyalardan, akademik azadlıqların məhdudlaşdırılmasından, alimlərin həbsindən  narahatlıqlarını ifadə edib, Böyük Britaniyada Azərbaycan mənşəli çirkli pulların akşar olunması istiqamətində fəaliyyətin gücləndirilməsi və Qlobal Maqnitski aktı üzrə sanksiyalarının tətbiqi sahəsində mövcud imkanları müzakirə ediblər.

Seçilən
29
turan.az

1Mənbələr