AZ

İsrail ordusundan Beyrutun bombalanacağı ilə bağlı XƏBƏRDARLIQ

İsrail ordusu Beyrutun cənubundakı Dahiyə bölgəsi üçün evakuasiya xəbərdarlığı edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrail Ordusunun sözçüsü Aviçay Adraee X hesabında etdiyi paylaşımda bildirib.

Adraee paylaşımda Dahiyənin Qubeyri rayonunda bəzi nöqtələrə hücumla bağlı hədələyici mesajlar verib:

"Siz yaxın gələcəkdə İsrail tərəfindən hədəf alınacaq Hizbullaha məxsus və xeyrinə istifadə edilən obyektlərin yaxınlığındasınız. Sizin və ailənizin təhlükəsizliyi üçün xəritədə göstərilən binaları təcili olaraq boşaltmalısınız. Dahiye bölgəsindəki Qubeyri və ətrafındakı binaların xəritəsini və ən az 500 metr uzağa daşıyın".

Əli Hüseynov

 

Seçilən
17
1
bakivaxti.az

2Mənbələr