"COP29 çərçivəsində OPEC Beynəlxalq İnkişaf Fondunun prezidenti Əbdülhəmid Əl-Xəlifə ilə görüşümüzdə enerji keçidinin inklüziv şərtlər əsasında reallaşdırılmasının vacibliyini vurğuladıq".
Valyuta.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "X" hesabında bildirib:
"Davamlı inkişafın təşviqi, enerji təhlükəsizliyinin təmin edilməsi, iqtisadi şaxələnmə prioritetlərini və ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə etdik".