AZ

Kurenkov: Rusiya Kubaya humanitar yardımın həcmini artıracaq- ÖZƏL

Rusiya Kubaya humanitar yardımın həcmini artırmağı planlaşdırır. 

Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin rəhbəri Aleksandr Kurenkov məlumat verib.

"Bu yaxınlarda Kubadan keçən qasırğalar haqqında məlumatlıyıq. Biz qardaş Kuba xalqının üzləşdiyi bütün bəlalara böyük rəğbətlə yanaşırıq", - deyə Kurenkov general Raul Kastro ilə görüşü zamanı bildirib.

Rusiyalı nazir bildirib ki, Kuba Rusiyadan su filtrləri, qida, dərman, sanitar çantalar alıb.

"Biz yardımın həcmini artırmağa davam edəcəyik", - Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti Aleksandr Kurenkovdan sitat gətirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
16
olaylar.az

1Mənbələr