AZ

Ceyhun Bayramovdan SON DƏQİQƏ COP29 AÇIQLAMASI

Münaqişələrin kənar təsirləri qlobal iqlim problemlərini daha da dərinləşdirir.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Sülh, Yardım və Bərpa Günü ilə bağlı çıxışında deyib.

Onun sözlərinə görə, COP29-da sədrliyin əsas məntiqlərindən biri də bu məsələ ilə bağlı bütün tərəfləri bir araya gətirməkdir:

“Biz müxtəlif ölkələrlə həll yönümlü çıxış yolları hazırlayırıq. Odur ki, tərəfdaşlara Azərbaycana inandığına, etibar etdiyinə görə təşəkkür edirəm. Vaxtı hədər vermək olmaz. Bəyanatları konkret tədbirlərə çevirmək lazımdır”. (Report)

Seçilən
0
21
moderator.az

10Mənbələr