AZ

“Cənub” elektrik stansiyası hidrogendən enerji alacaq

Yaxın vaxtlarda Şirvan şəhərində yerləşən “Cənub” Elektrik Stansiyasında təmiz hidrogenlə elektrik enerjisinin istehsalına başlanılacaq. Bu, stansiyanın bir blokunun hidrogenlə çalışmasından sonra mümkün olacaq.

Bununla bağlı COP29 çərçivəsində “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin rəhbəri Baba Rzayev və ABŞ-nin “GE Vernova” şirkətinin səlahiyyətli nümayəndəsi Cozef Anis arasında müvafiq sənəd imzalanıb.

“AzerEnerji” ASC-dən verilən məlumata görə, B. Rzayev və “GE Vernova” şirkətinin Avropa, Yaxın Şərq və Afrika üzrə Qaz Enerjisi istiqamətində prezidenti və baş icraçı direktoru C. Anisin iştirakı ilə COP29-un Yaşıl Zonasında keçirilən tədbirin əsas mövzusu “GE Vernova” şirkəti tərəfindən Şirvan şəhərində yerləşən “Cənub” Elektrik Stansiyasının qaz turbinlərindən birinin 100 faiz hidrogen yanacağı ilə işləməyə keçirilməsi layihəsi olub.

Seçilən
1
3
xalqqazeti.az

10Mənbələr