AZ

AMEA-nın rəhbəri COP29 çərçivəsində Nobel mükafatı laureatı Məhəmməd Yunusla görüşüb

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli COP29 tədbirləri çərçivəsində Nobel mükafatı laureatı, Banqladeş Xalq Respublikası Müvəqqəti Hökumətinin Baş müşaviri Məhəmməd Yunusla görüşüb.

AMEA-dan TƏHSİL.BİZ -ə bildirilib ki, qısamüddətli görüşdə iki ölkənin elmi qurumları arasında qarşılıqlı əlaqələr barədə söhbət aparılıb.

Akademik İsa Həbibbəyli Məhəmməd Yunusu Banqladeş Xalq Respublikası Müvəqqəti Hökumətinin Baş müşaviri vəzifəsinə seçilməsi münasibətilə təbrik edib, onu AMEA-ya elmi ictimaiyyətin nümayəndələri ilə görüşə dəvət edib.

Seçilən
0
3
tehsil.biz

4Mənbələr