SOCAR Azərbaycanın milli neft-qaz şirkətidir. 2050-cu ilə qədər sıfır xalis emissiya hədəfinə çatanda SOCAR Azərbaycanın enerji çempionu olmağı hədəfləyir.
"Operativ Media" xəbər verir ki, bu barədə SOCAR-ın vitse-prezidenti Kənan Nəcəfov “Yaşıl inkişaf portalı”nın istifadəyə verilməsi il bağlı keçirilən tədbirdə deyib.
O bildirib ki, bu hədəflərə çatmaq hədəfini COP28-də elan ediblər.
“Biz hazırda bu transformasiya yolundayıq. Bu hədəflərə 3 mərhələdə çata bilərik. Birinci mərhələ, dekarbonizasiya. Biz dekarbonizasiyaya çatmaq üçün yüksək texnologiyalardan istifadə edirik. İkinci mərhələ, təşkilati transformasiyadır. Yəni biz bərpaolunan enerji mentalitetimizi tərtib etmək istəyirik. Üçüncü mərhələ isə, biz beynəlxalq tərəfdaşlarımızla birgə hidrogen, günəş və külək enerjisinə əsaslanan biznesləri yaratmağa çalışırıq”, - deyə SOCAR-ın vitse-prezidenti vurğulayıb.