Ailəsinin 7 üzvünü diri-diri yandıran qadına az cəza verilib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Bildirilir ki, rusiyalı qadın 7 ailə üzvünü diri-diri yandırıb və ümumi rejimli koloniyada 13 il cəza alıb.
Faciə Tatarıstanın Saitovo kəndində baş verib. İstintaq sübut edib ki, hamı yatarkən İlmira Qardanova evə yanar maye tökərək yandırıb. Yanğın zamanı onun dörd uşağı, əri, qardaşı və anası həlak olub.
Psixoloji-psixiatrik müayinə Qardanovanın ağlı başında olduğunu və affekt vəziyyətində olmadığını göstərib.
Məhkəmə müəyyən edib ki, qatil cinayəti anası ilə münaqişə və ailədə daimi mübahisələr ucbatından törədib.
Xuraman Etibarlı
İnterpress.az