AZ

"Qlobal iqlim siyasəti prosesi artıq öz məqsədinə uyğun gəlmir və planetar sabitliyin və bəşəriyyətin layiqli gələcəyini təmin etmək üçün hərtərəfli düzəliş tələb edir". Bu barədə dünya liderlərinin Bakıda COP29-da toplaşdığı vaxtda bir qrup görkəmli alim və siyasətçinin Birləşmiş Millətlər Təşkilatına üzv dövlətlərə və Birləşmiş Millətlər Təşkilatı Çərçivə Konvensiyasının icraçı katibi Simon Ştilə açıq məktubunda deyilir.

Məktubu imzalayanlar arasında Earth4All icraçı sədri və Dünya  Roma klubunun səfiri Sandrin Dikson-Dellev, Potsdam İqlim Fəaliyyətinin Araşdırılması İnstitutunun direktoru Yohan Rokström, Birləşmiş Millətlər Təşkilatının keçmiş baş katibi Pan Gi Mun, Birləşmiş Millətlər Təşkilatının iqlim dəyişikliyi Konvensiyasının keçmiş icraçı katibi Kristiana Figeres və İrlandiyanın keçmiş prezidenti Meri Robinson var.

Məktubda Birləşmiş Millətlər Təşkilatının mövcud strukturunun hazırda istiləşməni 1,5 dərəcə C-də məhdudlaşdırmaq üçün təcili tələb olunan çevik, miqyaslı dəyişiklikləri qəbul etmək barədə məhdudiyyətləri qeyd edilib. "İndi məlum olur ki, iqlim dəyişikliyi konfransı artıq öz məqsədinə uyğun gəlmir. Danışıqlardan icraata keçmək lazımdır".

Məktub COP29-u qəbul edən ölkə prezidentinin neft və qaz "Allahın hədiyyəsidir" deməsindən və COP29-da Azərbaycanı təmsil edən vəzifəli şəxsin bu tədbirdən fosil yanacaq üzrə işgüzar sövdələşmələri təşviq etmək üçün istifadə etməsinə dair məlumatlardan sonra dərc edilib.

Sandrin Dikson-Deklev  bildirib ki, iqlim konfransı hökumətlərin ambisiyaları üçün  platforma və enerji növləri üzrə müqavilələr və istixana qazlarının atılması üçün alət olmamalıdır.

Kriastina Fiqeres qeyd edib ki, COP9-da fosil yanacaq lobbiçiləri elmi qurumların və həssas millətlərin nümayəndələrindən sayca çox olub.

Məktubu imzalayanlar təcili enerji keçidini və fosil yanacaqdan mərhələli şəkildə imtiinanı təmin etmək üçün yeddi mühüm islahat təklif edirlər:

- İqlim konfransı sədrlərinin seçim prosesi yaxşılaşdırılsın: fosil yanacaqdan mərhələli imtina/keçidi dəstəkləməyən ölkələri istisna etmək üçün ciddi seçim meyarları lazımdır. Ev sahibi ölkələr Paris sazişinin məqsədlərinə yüksək səviyyədə əməl etdiklərini nümayiş etdirməlidirlər;

-  İqlim konfransı görüşləri daha kiçik, daha tez-tez, həllyönlü görüşlərə çevrilməlidir;

 - İqlim konfransı prosesi ölkələrdən onların iqlim məqsədləri və öhdəlikləri üçün məsuliyyət tələb edəcək mexanizmlərlə  möhkəmləndirilməlidir;

 - Elmi nailiyyətləri daha fəal şəkildə tətbiq etmək və daimi elmi- məsləhət orqanını iqlim konfransları strukturuna inteqrasiya etmək lazımdır;

 - Yoxsulluq, bərabərsizlik və planetar qeyri-sabitlik arasındakı əlaqəni qəbul etmək lazımdır;

 - Ədalətli təmsilçiliyi təmin etmək lazımdır, çünki fosil yanacaq lobbiçiləri əvvəlki konfranslarda elmi dairələri,  yerli xalqların və iqlimə həssas ölkələrin nümayəndələrini üstələdikləri üçün daha sərt şəffaflıq qaydaları və şirkətlərin iqlim dəyişikliyi öhdəliklərinə uyğun olduğunu nümayiş etdirmələrini tələb edən dəqiq prinsiplər lazımdır.

Seçilən
9
turan.az

1Mənbələr