NY Times, yeni seçilmiş prezident Trampa yaxın simalardan olan İlon Maskın Nyu Yorkda İranın BMT səfiri ilə gizli görüşdüyünü və bir saatlıq görüş keçirdiyini iddia edib. Baydenə görüş barədə məlumat verilməyib.
Turkustan.az xəbər verir ki, ABŞ-ın seçilmiş prezidenti Donald Trampla birlikdə Ağ Evdə çalışacaq Tesla şirkətinin icraçı direktoru və X sahibi İlon Mask Nyu-Yorkda İranın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) səfiri ilə gizli görüşüb.
NYT adı açıqlanmayan iki İran rəsmisinə istinadən xəbər verir ki, Mask və İran səfiri Əmir Səid İrəvani arasında Nyu Yorkda gizli bir yerdə baş tutub və bir saatdan çox davam edib. Rəsmilərin sözlərinə görə, görüşdə iki ölkə arasında gərginliyin necə azaldılması müzakirə olunub. Məlum olduğu kimi, İranla ABŞ arasında gərginlik Trampın birinci dövründə pik həddə çatıb və Tramp 2018-ci ildə İranla 2015-ci ildə (Obama administrasiyası dövründə) əldə olunan nüvə razılaşmasından çıxdıqlarını bəyan edib.
Musk və Trampın prezidentliyə keçid komandasına Maskın artıq beynəlxalq danışıqlarda iştirak etdiyi ilə bağlı iddiaları soruşan CNN International qrupu, şərh almaq üçün onlara çatmağa çalışdıqları zaman Mask və Trampdan cavab ala bilmədiklərini bildirdi.
CNN-in məlumatına görə, “milyarderin iranlı rəsmi ilə görüşməsi, xüsusilə ABŞ-ın xarici siyasətinə gəldikdə, onun yeni administrasiyadakı təsirinin necə ola biləcəyi ilə bağlı suallar doğurur”.
Publika.az xəbər verir ki, digər iki mənbənin verdiyi məlumata görə, Mask ötən həftə, prezident seçkilərindən bir gün sonra Trampın Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşündə də iştirak edib.
Baydenə məlumat verilməyib
ABŞ rəsmisi CNN-ə deyib ki, Bayden administrasiyasının BMT-dəki rəsmilərinə görüşün baş tutması barədə məlumat verilməyib. CNN də görüşün baş tutduğunu təsdiq edə bilmədiklərini qeyd edib.
Görüş ekspertlərin növbəti dörd ilin İran üçün böyük sınaq ola biləcəyini proqnozlaşdırdığı bir vaxta təsadüf edir. ABŞ mətbuatının yazdığına görə, ekspertlər Tramp administrasiyasında ABŞ-ın İranın təcridini artıran və iqtisadiyyatını çökdürən “maksimum təzyiq” strategiyasına qayıda biləcəyini düşünür.
“Tramp 2020-ci ildə vəzifəsini tərk etdikdən sonra İran uranın zənginləşdirilməsini və neft ixracını artırıb, silahlı qruplara dəstəyini artırıb və İsrailə iki birbaşa hücum edərək presedent yaratıb”, - CNN-in hesabatında deyilir.
Tramp çərşənbə axşamı Musk və Vivek Ramaswamy-nin ikinci administrasiyasında yeni "Hökumət Effektivliyi Departamenti"nə (İngiliscə qısaltması üçün DOGE) rəhbərlik edəcəklərini açıqlayıb.
Tramp-ın "hökumətdən kənardan məsləhət və təlimat verəcəyini" söylədiyi departamentin necə işləyəcəyini və hətta respublikaçıların tamamilə nəzarət etdiyi bir Konqresin belə dövlət xərcləri və əməliyyatlarının belə əsaslı şəkildə yenidən qurulmasını təsdiqləmək iştahına sahib olub-olmayacağını görmək qalır.
Eltac Zülfüqaroğlu/Turkustan.az