AZ

"Ronaldu çox gözəl rəqs edir" - Fernandeş həmyerlisi ilə ilk tanışlıqlarından danışdı

Portuqaliya millisinin və "Mançester Yunayted"in yarımmüdafiəçisi Brunu Fernandeş həmyerlisi Kriştianu Ronaldu ilə necə tanış olduğunu yada  salıb.

Fanat.Az xəbər verir ki, o, hazırda Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edən 39 yaşlı superulduzun "YouTube" kanalına danışıb:

"Ronaldu barədə bilmədiyiniz çox şey var. Onun necə yaşadığını görmək üçün yanında olmaq lazımdır. Məsələn, o, çox gözəl rəqs edir. 

Mən Portuqaliya millisinin düşərgəsinə ilk dəfə gələndə böyük oyunçuların əhatəsinə düşdüm. Utancaq olduğum üçün heç kimlə danışmaq istəmirdim. Yalnız başımı aşağı salaraq salamlaşırdım. Özümü millinin düşərgəsinə çox erkən saatlarda çatdırdığım üçün Ronaldu orada deyildi.  Sonra Kriştianu da gəldi və dedi: "Brunu, sənin oyunlarına baxmışam, yaxşı qollar vurursan. "Sportinq"də əla çıxış edirsən". Otağıma qayıdan kimi ailəm və dostlarımla danışdım. Dedim ki, Ronaldu məni tanıyır, hələ adımı da bilir. Sənin qürur duyduğun Ronaldunun ilk dəfə yığmaya çağırılmağına rəğmən, səni tanıması sıaradan məqam deyildi".

Nihat  

Seçilən
5
fanat.az

1Mənbələr