AZ

Bakı Mühəndislik Universitetinin tələbələri COP29 tədbirində

Bakı Mühəndislik Universitetinin, eləcə də Koreya Respublikasının İNHA Universiteti ilə birgə icra olunan ikili diplom proqramının (BMU-İNHA İDP) tələbələri Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) fəal iştirak edirlər.

Universitetin tələbələri COP29 çərçivəsində keçirilən tədbirlərdə könüllü olaraq texniki xarakterli işlərə dəstək göstərir, xarici qonaqlara müəyyən sahələr üzrə bələdçilik edir, ümumilikdə konfransın işinə töhfələr verirlər.

Vurğulamaq vacibdir ki, bu nüfuzlu tədbir tələbələrə iqlim dəyişikliyi mövzusunda öz biliklərini artırmaq, Azərbaycanın davamlı inkişaf məqsədlərinə çatmaq üçün yürütdüyü siyasəti təbliğ etmək, yaşıl dünya naminə beynəlxalq praktikanı öyrənmək, habelə gələcək peşə həyatlarında əhəmiyyətli təcrübə qazanaraq ekologiya sahəsində güclü peşəkar şəbəkə qurmaq fürsəti qazandırır.

 

Seçilən
8
modern.az

1Mənbələr