AZ

Türkiyəli prokuror: Təbiətə vurulan ziyanın qarşısının alınması üçün hüquqi tənzimlənmə tədbirlərinə ehtiyac var

"Təbiətə vurulan ziyanın qarşısının alınması üçün hüquqi müstəvidə tənzimlənmə tədbirlərinə ehtiyac var".

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Muhsin Şentürk deyib.

O, həmçinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfrasının 29-cu Sessiyasını təbiətə antropogen təsirlərdən vurulan ziyanın qarşısı almaq üçün effektiv platforma adlandırıb:

"BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfrasının 29-cu Sessiyasının Azərbaycanda keçirilməsi böyük bir uğurdur. Bildiyimiz kimi, bu konfransda 197 ölkədən 70 min nəfər iştirak edir. Bu toplantının əhəmiyyəti insanların təbiətə vurduqları ziyanın qarşısının alınması yollarının müzakirəsi üçün platforma olmasıdır. Təbiətə vurulan ziyana yalnız hüquq müstəvisində cavab verilə bilər. Hesab edirəm ki, təbiətin qorunması üçün beynəlxalq səviyyədə əməkdaşlıq çox önəmlidir"

Seçilən
12
1
apa.az

2Mənbələr