AZ

SOCAR "yaşıl istiqraz" buraxmağa qərar verib: Ekoloji layihələrə dəstək

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “yaşıl layihə”lərin maliyyələşdirilməsi məqsədilə yerli maliyyə bazarında “yaşıl istiqrazlar”ın emissiya edilməsinə başlayıb. Bu addım, ətraf mühit, sosial məsuliyyət və korporativ idarəetmə (ESG) sahəsində artan çağırışlara və uyğunluq tələblərinə cavab olaraq atılıb.

Fins.az bu barədə SOCAR-a istinadən xəbər verir.

SOCAR, beynəlxalq maliyyə bazarlarında maliyyə alətlərinin cəlb edilməsi prosesində ESG standartlarının tətbiqinin vacibliyini vurğulayıb. Son illər şirkət, ESG tələblərinə uyğunluğunu təmin etmək üçün bu standartların tətbiqini gücləndirib və qiymətləndirmə nəticələrində bir sıra oxşar şirkətlərlə müqayisədə yüksək yer tutub. Bununla da, SOCAR, borclarının düzgün idarə edilməsində ESG standartlarının tətbiqindən faydalanaraq “yaşıl maliyyələşmə” imkanlarını artırmağa çalışır.

SOCAR-ın “yaşıl” maliyyələşmə imkanları, bərpa olunan enerji layihələrinin idarə edilməsi, beynəlxalq tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi və neft-qaz əməliyyatlarında dekarbonizasiya proseslərinə dəstək göstərmək üçün nəzərdə tutulub. Emissiya vasitəsilə əldə edilən vəsaitlər, SOCAR-ın “yaşıl” gündəliyinə daxil olan layihələrin maliyyələşdirilməsinə yönəldiləcək.

Şirkət həmçinin ESG reytinqi alıb və kredit reytinqini yaxşılaşdırıb. SOCAR gələcəkdə də ESG standartlarının tələblərinə uyğun olaraq şəffaflığı təmin etmək və yaşıl maliyyə alətlərindən istifadə edərək borc portfelində bu tipli maliyyələşdirmələrin xüsusi çəkisini artırmağı hədəfləyir.

Seçilən
10
fins.az

1Mənbələr