AZ

“Gələcək nəsillər üçün planetimizi qoruyaq” - Baş prokurordan ÇAĞIRIŞ

"Günəş və külək enerjisindən istifadə Azərbaycanın gələcək hədəflərindəndir".

 

Sfera.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində Mavi Zonada keçirilən "İqlim dəyişikliyi ilə mübarizədə hüquq- mühafizə orqanlarının səfərbər olunması" adlı yüksək səviyyəli sessiyada deyib.

 

Baş prokuror Azərbaycanın ətraf mühitin qorunması sahəsində mühüm nailiyyətlər əldə etdiyini vurğulayıb. O, 2024-cü ilin Azərbaycanda “Yaşıl Dünya Naminə Həmrəylik ili” elan edildiyini və ölkənin ekoloji cinayətlərə qarşı sərt cəzalar tətbiq etdiyini qeyd edib.


Kamran Əliyev əlavə edib ki, Baş Prokurorluq iyun ayında Azərbaycanın Xankəndi şəhərində "Ətraf mühitin gücləndirilməsində maarifləndirmə və hüquq-mühafizə tədbirlərinin rolu" mövzusunda konfrans təşkil edib.


Baş prokuror Azərbaycanın gələcək hədəflərinin qanunların effektiv icrası, rəqəmsal iş sistemi, ekoloji nəqliyyat, meşələrin bərpası, dayanıqlı enerji istifadəsi, günəş və külək enerjisindən istifadə ilə bağlı olduğunu açıqlayıb.

 

“Gəlin gələcək nəsillər üçün planetimizi qoruyaq”, – Kamran Əliyev çıxışını yekunlaşdırıb.

 

Firuzə Əliyeva

Seçilən
1
11
sfera.az

10Mənbələr