AZ

Rusiyada “miqrant şəxsiyyət vəsiqəsi” görünə bilər

Rusiya əcnəbilər üçün “miqrant şəxsiyyət vəsiqəsi”nə nəzarət sisteminin tətbiqini təklif edib.

Oxu24.com  yazır ki, Aleksey Neçayevin rəhbərlik etdiyi “Yeni insanlar” fraksiyasının deputatları Dövlət Dumasına oxşar qanun layihəsi təqdim etmək istəyirlər.

Qanun layihəsinin mətninə əsasən, “miqrant şəxsiyyət vəsiqəsi” əcnəbinin şəxsiyyətini təsdiq edən və Rusiyada işləmək məqsədilə müvəqqəti yaşamaq üçün verilən vahid elektron sənəddir. Rusiya ərazisinə daxil olmaq hüququnun yalnız bu sənəd üçün təsdiq edilmiş ərizəsi olanlara verilməsi təklif olunur.

Qeyd olunur ki, əcnəbi vətəndaş məlumatı yeniləmək üçün “miqrant şəxsiyyət vəsiqəsi”ndə olan şəxsi kabinetinə daxil olacaq. Şəxsi hesabın yaradılması və onun fəaliyyəti Rusiya Federasiyasının hökuməti tərəfindən müəyyən edilir.

“Rusiya Federasiyasında xarici vətəndaşların hüquqi statusu haqqında” federal qanuna dəyişiklik edilməsi təklif edilir.

Noyabrın 9-da Rusiya prezidenti Vladimir Putin qanunsuz miqrasiyanın təşkili və vasitəçiliyinə görə cəzaları sərtləşdirən qanunu imzalayıb. Cinayət və Cinayət-Prosessual məcəllələrinə edilən dəyişikliklər qanunsuz miqrasiya ilə bağlı bir sıra cinayətlərə görə cəzaları artırır. Xüsusilə, söhbət əcnəbilərin Rusiyaya qeyri-qanuni giriş-çıxışının təşkilindən gedir.

Bundan əvvəl Dövlət Duması miqrantlara nəzarəti gücləndirmək üçün yeni tədbirləri açıqlamışdı.

 

Nigar

 

Seçilən
0
38
oxu24.com

10Mənbələr