AZ

Ermənistanın Müstəqillik Bəyannaməsi tənqid olundu - Komitə sədri də danışdı

Ermənistanın Müstəqillik Bəyannaməsi 1990-cı ildə Ermənistanın müstəqil olmadığı bir vaxtda qəbul edilib. Lakin Müstəqillik Bəyannaməsində təsvir olunan baxış müstəqil Ermənistan respublikasının çox real olmayan mənzərəsidir.

Modern.az xəbər verir ki, bunu Ermənistan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Sarkis Xandanyan jurnalistlərə bildirib.

O deyib ki, bu kontekstdə hüquqi qiymət verilməsi baxımından Konstitusiya Məhkəməsinin 26 sentyabr tarixli qərarı çox mühüm əhəmiyyət kəsb edir. Xandanyanın sözlərinə görə, söhbət əsl Ermənistan ideyasından gedir.

“Ermənistanın Müstəqillik Bəyannaməsində təsvir olunan baxış, əslində, müstəqil Ermənistan Respublikasının çox qeyri-real mənzərəsidir. Ona görə də mən Baş nazirin Müstəqillik Bəyannaməsi barədə dünənki yanaşmasını bölüşürəm”, - Xandanyan vurğulayıb.

Xatırladaq ki, baş nazir Nikol Paşinyan dünənki açıqlamasında "Ermənistanın Müstəqillik Bəyannaməsinin məzmunu ondan ibarətdir ki, Ermənistan Respublikası mövcud ola bilməz", - demişdi.

Seçilən
4
modern.az

1Mənbələr