Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində TotalEnergies şirkətinin İdarə Heyətinin sədri və baş icraçı direktoru Patrik Puyane ilə görüşüb.
"Operativ Media" xəbər verir ki, bu barədə o "X" hesabında paylaşım edib.
"COP29 çərçivəsində TotalEnergies şirkətinin İdarə Heyətinin sədri və baş icraçı direktoru Patrik Puyane ilə işgüzar naharda qabaqcıl #sənaye liderlərinin metan emissiyalarının azaldılması üzrə fəaliyyəti, ölkəmizin bu sahədə potensialından istifadə və #yaşılenerji-nin intensiv təşviqi üçün əməkdaşlığın genişləndirilməsi imkanları barədə fikir mübadiləsi apardıq", - deyə paylaşımda qeyd olunub.