AZ

Yer səthində ən qədim canlı orqanizm tapıldı

Amerikalı alimlər Yuta ştatında ən qədim canlı orqanizmi aşkar ediblər.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki,Amerikalı alimlər Yuta ştatında unikal ağcaqovaq koloniyasının yaşını müəyyən edib və onun Yer kürəsində ən qədim canlı orqanizm ola biləcəyi qənaətinə gəliblər.

Əvvəllər Kaliforniyada yaşı 4,8 min il hesab edilən Metuselah şamı ən qədim yer orqanizmi hesab olunurdu.

Pando kimi tanınan bağ, təxminən 47 min qovaq ağacından (Populus tremuloides) ibarətdir və təxminən 43 hektar ərazini əhatə edir. Bioloqlar müəyyən ediblər ki, bağdakı bütün ağaclar bir orqanizmin hissələridir: eyni genetik tərkibə və ümumi kök sisteminə malikdirlər.

Tədqiqat zamanı mütəxəssislər Pandonun yaşının 16 ilə 80 min il arasında dəyişə biləcəyi qənaətinə gəliblər.

Fidan
Milli.Az

Seçilən
13
milli.az

1Mənbələr