COP29 konfransı çərçivəsində Azərbaycan Povilyonunda NIO Çin şirkəti tərəfindən elektrik avtomobillərin gələcəyi mövzusunda təqdimat tədbiri təşkil olunub...
APA-nın xəbərinə görə, tədbirdə Azərbaycan Respublikası energetika nazirinin müavini, COP29-un Azərbaycan üzrə baş icraçı direktoru Elnur Soltanov, Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Umayra Tağıyeva, Çin Xalq Respublikasının Ekologiya və Ətraf Mühit Nazirinin müavini Çjao Yinmin, COP29 Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçısı Nərmin Carçalova iştirak ediblər.
Çinli nazir müavini COP29-un uğurla başa vurulmasına dair arzularını çatdırıb. O, Çinin iqlim dəyişmələri sahəsində aktiv addımlar atdığını, qlobal miqyasda istifadə üçün elektriklə işləyən avtomobillərin istehsalı sahəsində aktiv işlədiyini qeyd edib: “Çin ötən il 10 milyondan çox elektrik avtomobili istehsal edərək dünyada bu sahədə liderliyini təmin edib.”
Daha sonra Azərbaycan tərəfindən “GreenCar” və Çin tərəfindən NIO şirkəti arasında yaşıl avtomobil sahəsində əməkdaşlıq sazişi imzalanıb.
Qeyd edək ki, əsası 2014-cü ildə Çinin Şanxay şəhərində qoyulan NIO şirkəti dayanıqlı, ağıllı elektrik avtomobillərinin istehsalı ilə məşğuldur.
Poliqon.info