AZ

COP29 çərçivəsində qlobal yük emissiyalarına təsir etmək üçün poçt şəbəkələrindən istifadə yan tədbiri təşkil olunub

Bakı. Trend:

COP29 çərçivəsində qlobal yük emissiyalarına təsir etmək üçünpoçt şəbəkələrindən istifadə yan tədbiri təşkil olunub.

"Azərpoçt"dan Trend-əbildirilib ki, tədbir qlobal poçt sisteminin tənzimləyici vəiştirakçıları sayılan Ümumdünya Poçt İttifaqı (ÜPİ), BirləşmişMillətlər Təşkilatının Ticarət və İnkişaf Konfransının Texnologiyavə Logistika Şöbəsi, Beynəlxalq Mülki Aviasiya Təşkilatının COPüzrə nümayəndəliyi, Beynəlxalq Dəniz Təşkilatının İqlim Fəaliyyətivə Təmiz Hava şöbəsi, Dünya Bankının Nəqliyyat üzrə direktorluğu,eləcə də, Azərbaycan Respublikasının yeganə milli poçt operatoru“Azərpoçt” MMC-nin iştirakı ilə keçirilib.

“Poçt işində İqlim Dəyər Zənciri: Yükdaşımaya qlobal diqqət”mövzulu tədbirdə əsasən yükdaşımanın iqlimə təsiri, yükemissiyalarının idarə olunması, iqlimin dəstəklənməsi vasitələrimüzakirə olunub.

Qeyd edilib ki, son illər qlobal istixana qaz emissiyalarının10%-i poçt yükdaşımalarının payına düşür. ÜPİ şəbəkəsi vasitəsiləgöndərilən kiçik həcmli elektron ticarətin üçdə ikisi, eləcə dəelektron ticarətə sürətlə artan tələbat bu emissiya prosesinisürətləndirən əsas amillərdən sayılır.

Bu emissiyaları azaltmaq üçün poçt təşkilatları birgə yenistrategiyalar hazırlanmasının və əməkdaşlığın genişləndirilməsininvacibliyi vurğulanıb. Bunun üçün qeyd olunub ki, ilk növbədəmüxtəlif nəqliyyat modellərinin istifadəsi, yenilənmiş çeşidləməmərkəzləri, inteqrasiya olunmuş poçt şəbəkələrinin birgə fəaliyyətikimi təkliflər müzakirə olunmalıdır.

Yekunda isə müsbət nəticəyə gəlmək və iqlim şərtlərinindəstəklənməsi üçün poçt ekosistemində məlumatlılığın artırılması,texnoloji və əməliyyat innovasiyalarının tətbiqi, investisiyatəşəbbüsləri, təcrübələrin mübadiləsi tədbir işitrakçılarıtərəfindən vacib vasitələr kimi müəyyən edilib.

Tədbirdə çıxış edən “Azərpoçt” MMC-nin İdarə heyətinin sədrvəzifələrinin icraedicisi İsi Mustafayev qeyd edib ki, qurum bugünəqədər karbon emissiyalarının və yanacaq sərfiyyatının azaldılmasıməqsədilə poçt marşrutlarının optimallaşdırılmasını həyatakeçirmiş, çeşidləmə mərkəzində kağız istehlakının azaldılması üçünisə rəqəmsal həllər tətbiq etmişdir.

Tədbirdə həmçinin “Azərpoçt” MMC tərəfindən COP 29-a həsrolunmuş və COP 29-un missiyasına sadiq qalaraq yüz faiz təkrar emalolunmuş kağızdan hazırlanmış COP29 markası da tədbir iştirakçılarıtərəfindən möhürlənib.

Seçilən
11
4
az.trend.az

6Mənbələr