AZ

ABŞ-da qalmaqal Mask İran səfiri ilə gizli görüş keçirib

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa yaxın olan amerikalı milyarder İlon Mask iranlı diplomatla Nyu Yorkda gizli görüş keçirib. Görüş bir saat davam edib. Görüş barədə Baydenə məlumat verilməyib.

Bakupost.az xəbər verir ki, bu barədə New York Times adı açıqlanmayan iki İran rəsmisinə istinadən bildirib.

Qeyd olunur ki, Mask İranın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) səfiri Əmir Səid İrəvani ilə bir araya gəlib.

Rəsmilərin dediyinə görə, görüş iki ölkə arasındakı gərginliyi necə azaltmağa həsr olunub.

Məlum olduğu kimi, Trampın birinci prezidentliyi dövründə ABŞ-İran gərginliyi zirvəyə çatmış, 2018-ci ildə Tramp İranla 2015-ci ildə (Obama dövründə) əldə olunan nüvə sazişindən çıxdıqlarını elan etmişdi.

Başqa bir xəbərə görə, Mask prezident seçkilərindən bir gün sonra Trampın Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığında da iştirak edib.

Lalə, BakuPost
Seçilən
10
bakupost.az

1Mənbələr