Energetika naziri Pərviz Şahbazov Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammiti çərçivəsində İordaniyanın energetika və mineral ehtiyatlar naziri Saleh Əl-Xarabşeh ilə görüşüb.
"Operativ Media" xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsində paylaşım edib.
"İordaniyanın energetika və mineral ehtiyatlar naziri Saleh Əl-Xarabşeh ilə görüşdə biz neft-qaz və neft hasilatı sahələrində əməkdaşlıq imkanlarını qiymətləndirdik",- paylaşımda qeyd olunub.