AZ

Dövlət Xidmətinin rəisi Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mürsəl İbrahimov noyabrın 15-də Xidmətin Ağcabədi rayon şöbəsinin inzibati binasında Ağcabədi, Bərdə, Ağdam, Tərtər, Füzuli, Laçın və Xocalı rayonlarından olan vətəndaşların müraciətini dinləyib.

Dövlət Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilərək önünə gül dəstəsi qoyulub, əziz xatirəsi ehtiramla yad edilib.

Vətəndaşlar SHXÇDX-də həqiqi hərbi xidmətə və ya işə qəbul, övladlarının gələcək müddətli həqiqi hərbi xidmət yerinin müəyyənləşdirilməsi və s. məsələlərlə bağlı müraciət ediblər. Onların müraciəti zamanı qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.

Müraciətlərin bir qismi yerindəcə həllini tapıb, bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. SHXÇDX-nin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara yönəldilib.

Seçilən
5
23
yeniazerbaycan.com

10Mənbələr