AZ

Kriptobirja “Upbit”i milyardlarla cərimə gözləyir

Cənubi Koreyanın aparıcı kriptovalyuta birjası Upbit, "Müştərini Tanı" (KYC) prosedurlarında ciddi pozuntularda şübhəli bilinir. Bu, birjanın lisenziya yenilənməsi prosesində aşkar edilib.

Qlobal bazarlarda son vəziyyət - İnvestAZ TƏQDİM EDİR

FED.az xəbər verir ki, məlumatlara görə, Cənubi Koreyanın Maliyyə Xidmətləri Komissiyasının (FSC) Maliyyə Kəşfiyyatı Bölməsi, Upbit-in 500,000-dən 600,000-ə qədər KYC qayda pozuntusunu müəyyən edib. İddiaya əsasən, birja istifadəçilərə şəxsi məlumatları (ad və qeydiyyat nömrələri) bulanıq olan şəxsiyyət vəsiqələri ilə hesab açmağa imkan verib.

Bu pozuntular Upbit üçün ciddi maliyyə cərimələri ilə nəticələnə bilər – hər pozuntu üçün 100 milyon Koreya vonu (təxminən 71,500 ABŞ dolları). Bununla yanaşı, lisenziya yenilənməsi də təhlükə altına düşə bilər.

Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür. 

Seçilən
11
fed.az

1Mənbələr