AZ

Yunanıstan ilk milli karbon dioksid saxlama platformasını hazırlayır

Bakı. Trend:

Yunanıstan ilk milli karbon dioksid saxlama platformasınıhazırlayır.

Trend xəbərverir ki, bunu Yunanıstanın ətraf mühit və energetika nazirininmüavini Aleksandra Sduku COP29 çərçivəsində Karbon Emissiyalarınınİdarə Edilməsi üzrə Nazirlər Konfransında bildirib.

“Layihə Bərpa və Dayanıqlıq Fondu tərəfindən dəstəklənir vətamamlandıqdan sonra illik 3 milyon tona qədər karbon dioksidsaxlamağa qadir olacaq. Biz karbonun tutulması, daşınması,istifadəsi və saxlanması üçün normativ bazanın hazırlanmasını başaçatdırırıq. Neft emalı və sement istehsalı kimi bir çox iri sənayesahələri artıq karbonun tutulması üzrə planlar hazırlayır”, – deyəA.Sduku vurğulayıb.

O qeyd edib ki, Yunanıstan Avropa İttifaqı fondlarından iriemissiyaçı müəssisələrə dəstək üçün üçdə bir milyard avro cəlbedib. Bundan əlavə, karbonun sənaye obyektlərindən saxlamayerlərinə daşınması üçün tələb olunan infrastrukturun yaradılmasıməqsədilə milli qaz nəqli sistemi modernləşdirilir.

A.Sdukunun sözlərinə görə, Yunanıstan Misir kimi digər ölkələrdəkarbon dioksid saxlama imkanlarını da araşdırır ki, bu datəşəbbüsün beynəlxalq xarakterini vurğulayır.

“Məqsədimiz 2030-cu ilə qədər güclü bir layihələr portfeliyaratmaqdır. Biz iqlim hədəflərinə çatmaq üçün kollektiv səylərinzəruriliyinə dair həmkarlarımızın fikirləri ilə tamamilə razıyıq”,– deyə Aleksandra Sduku əlavə edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
35
3
az.trend.az

4Mənbələr