AZ

COP29 çərçivəsində Moldova ilə bir sıra sahələrdə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Bakı. TurkicWorld:

İqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində Moldovanın energetika naziri Viktor Parlikovla görüşüb.

TurkicWorld xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə ikitərəfli iqtisadi münasibətlərin mövcud vəziyyəti və inkişafı barədə müzakirələr aparılıb, alternativ enerji mənbələrindən istifadənin genişləndirilməsinin, dayanıqlı iqtisadiyyatın təşviqinin və biznes strategiyalarının geoiqtisadi tələblərə uyğun formalaşdırılmasının əhəmiyyəti vurğulanıb.

Görüş iştirakçıları ölkələrimizin iqtisadi əlaqələrinin səmərəliliyinin artırılması üçün mövcud imkanları nəzərdən keçirərək, sənaye, energetika, nəqliyyat sahələrində birgə fəaliyyətin perspektivlərini müzakirə ediblər. Yaşıl enerjinin ixracı və investisiyaların təşviqi imkanları barədə fikir mübadiləsi aparılıb.

Seçilən
12
6
turkic.world

8Mənbələr