AZ

DEM Partiyası ilə Səadət Partiyasının görüşü təxirə salınıb

DEM

Türkiyənin DEM Partiyasının həmsədrləri Tülay Hatimoğulları ilə Tuncer Bakırhan və Səadət Partiyasının sədri Təməl Karamollaoğlu arasında keçirilməsi gözlənilən görüş təxirə salınıb.

Xalqcebhesi.az Türkiyənin “sozcu.com.tr” saytına istinadən xəbər verir ki, DEM Partiyasının müxalif partiyalar və qeyri-hökumət təşkilatları ilə qəyyum problemlərini müzakirə etmək və yeni "həll prosesi" ilə başlatdığı görüş məsələsi davam edir. Buna uyğun olaraq bu gün Türkiyə saatı ilə 16:00-da Səadət Partiyasının sədri Təməl Karamollaoğlu ilə Səadət Partiyasının Ümumi Qərargahında keçirilməsi planlaşdırılan görüş təxirə salınıb. Görüşün gələn həftəyə təxirə salındığı öyrənilib.

Bildirək ki, DEM Partiyası heyəti sabah DEVA Partiyasının sədri Əli Babacan ilə görüşəcək.

Seçilən
13
xalqcebhesi.az

1Mənbələr