Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan CISCO-nun baş vitse-prezidenti Meri De Vısotski ilə görüşüb.
Nazirlikdən Avtosfer.az-a verilən məlumata görə, görüşdə informasiya texnologiyalarının müxtəlif sahələrində, o cümlədən süni intellekt istiqamətində əməkdaşlıq imkanları müzakirə olunub.
Eyni zamanda şirkətlə birgə təlimlərin təşkili və ölkəmizdə regional mərkəzin yaradılması məsələləri nəzərdən keçirilib.